İranın nüvə silahı hazırlamamasından əmin olmaq üçün ciddi nəzarət mexanizmi lazımdır.
AFP-nin xəbərinə görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Yaponiyaya səfəri zamanı deyib.
“Hesab edirəm ki, ABŞ-la İran arasında əldə olunacaq razılaşmanın məqsədi İranın nüvə silahı əldə etməməsini təmin etməkdir. İran hökuməti bu niyyətdə olmadığını açıq şəkildə bəyan edib. Lakin əlbəttə ki, təkcə niyyət kifayət deyil”, - Qrossi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens AEBA müfəttişlərinin İranın zərbələrə məruz qalmış nüvə obyektlərində yoxlama aparmaq üçün həftə ərzində bu ölkəyə qayıdacaqlarını bildirib, İran rəsmiləri isə bunu təkzib edib.