İran Hərbi Dəniz Donanmasının komandanı: “Dəniz piyadalarımız ən müasir müdafiə təchizatları ilə 3 adada yerləşdirilib”
24 aprel 2012 13:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın dəniz piyadaları 3 adada yerləşdirilib”. APA-nın məlumatına görə, bu barədə İran Hərbi Dəniz Donanmasının komandanı, admiral Əli Fədəvi açıqlama verib. O bildirib ki, Əbu Musa, Böyük və Kiçik Tonb adaları ölkəsinin ərazisinə daxildir və İranın bu torpaqlar üzərində də hakimiyyəti var: “Dəniz piyadalarımız ən müasir müdafiə təchizatları ilə hər 3 adada yerləşdirilib. İran Hərbi Dəniz Donanması nə bu adalara, nə də İran sularının heç bir nöqtəsinə əl uzadılmasına icazə verməyəcək. Əks təqdirdə, düşmənə qarşı ən sərt şəkildə qarşılıq verəcəyik”.
Asiya
İsrailin müdafiə naziri Netanyahuya ultimatum verib və koalisiyadan çıxmaqla hədələyib
09:48
19 may 2024
KİV: Yaponiya yeni nəsil avtomobillər üçün dünya bazarının üçdə birini tutmaq istəyir
09:16
19 may 2024
BMT: Rəfah sakinlərinin demək olar ki, yarısı evlərini tərk edib
06:58
19 may 2024
KİV: Qəzzada atəşkəslə bağlı danışıqlar dayandırılıb
06:12
19 may 2024