İranla Ukrayna arasında dəmir yolunun tikintisi haqda saziş imzalanıb
28 aprel 2012 19:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranla Ukrayna arasında dəmir yolunun tikintisi haqda saziş imzalanıb. APA-nın məlumatına görə, bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Əhməd Sadiqi bildirib. Onun sözlərinə görə, iki ölkə arasında Ərdəbil-Miyana, Ərdəbil-Parsabad (Muğan), Təbriz-Miyana dəmir yolları və magistral xəttinin tikintisi haqda müqavilə imzalanıb: “Layihənin bir hissəsini Ukrayna tərəfi maliyyələşdirəcək. Yaxın günlərdə İranla müzakirələr aparmaq üçün Ukrayna nümayəndə heyətinin İrana səfəri planlaşdırılır”.
Asiya
İsrail Suriyaya zərbə endirib, ölən var
23:19
29 may 2024
Ərdoğan Norveçin Baş naziri ilə telefon danışığı aparıb
21:05
29 may 2024
İstintaq Rəisinin helikopterinin təxribat səbəbindən qəzaya uğraması versiyasını istisna edib
20:50
29 may 2024
İsrail rəsmisi: Qəzza sektorunda əməliyyatlar azı 7 ay sürəcək
15:00
29 may 2024