Bank Of Baku

Pakistan XİN-i: “ABŞ və Qərb ölkələri İslamabadı İran əleyhinə sanksiyalara qoşulmağa məcbur edə bilməz”

Pakistan XİN-i: “ABŞ və Qərb ölkələri İslamabadı İran əleyhinə sanksiyalara qoşulmağa məcbur edə bilməz”
# 02 may 2012 00:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Pakistan ABŞ-ın İrana qarşı qəbul etdiyi sanksiyalara qoşulmağa məcbur deyil”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. ABŞ-ın rəsmi məktubuna cavab olaraq bildirilib ki, ABŞ və Qərb ölkələləri rəsmi İslamabadı İran əleyhinə sanksiyalara qoşulmağa məcbur edə bilməz.

Qeyd edək ki, ABŞ-ın Pakistandakı səfirliyi bu ölkənin XİN-nə rəsmi nota verərək, rəsmi İslamabadı İrana qarşı sanksiyalara qoşulmağa çağırıb. Rəsmi Vaşinqton İranla ticarət əlaqələrini inkişaf etdirəcəyi təqdirdə, Pakistan şirkətlərinə də sanksiya tətbiq ediləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR