Bank Of Baku

Ketrin Eşton İranın nüvə proqramı ilə əlaqədar İsrailə səfər edəcək

Ketrin Eşton İranın nüvə proqramı ilə əlaqədar İsrailə səfər edəcək
# 03 may 2012 12:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İranın nüvə proqramı ilə bağlı Qüdsə səfər edəcək. APA-nın məlumatına görə, bu barədə İsrailin “Haaretz” qəzeti yazıb.

Xəbərdə bildirilir ki, K. Eşton İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək, İranla “altılıq” ölkələri arasında müzakirələrin gedişi barədə məlumat verəcək, həmçinin İsraili İranla aparılan danışıqların əleyhinə çıxışlardan daşındırmağa çalışacaq.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında keçirilən İstanbul görüşündən sonra İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon müzakirələri müvəffəqiyyətsiz görüş adlandıraraq, bunun zaman itkisi olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR