Bank Of Baku

İranın daxili işlər naziri: “Seçkinin nəticələri səsvermə bitəndən 24 saat sonra məlum olacaq”

İranın daxili işlər naziri: “Seçkinin nəticələri səsvermə bitəndən 24 saat sonra məlum olacaq”
# 04 may 2012 10:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA “İran xalqı ali dini lider ayətullah Xamneyinin çağırışına əməl edərək səhər saatlarından seçkilərdə iştirak edir”. APA-nın məlumatına görə, bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar ölkədə keçirilən IX çağırış parlament seçkilərinin ikinci turu ilə bağlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, səsvermə İranın 33 seçki dairəsində, 14 min 300 məntəqəsində keçirilir: “Milli təşkilatçılıq yolu ilə keçirilən seçkilər gözəl şəkildə davam edir, vətəndaşlar səsvermədə fəal iştirak edirlər. Seçicilər səsverməyə gələndə sənədlərini də gətirməyi unutmasınlar. Yaxşı olar ki, İran xalqı öz iradəsini göstərərək, səsvermədə daha da fəal istirak etsinlər ki, nəticələr tez məlum olsun”. Nəccar əlavə edib ki, səsvermə başa çatdıqdan 24 saat sonra nəticələr məlum olacaq: “Seçkilərlə bağlı sabah Tehran məktəblərində tətil olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR