Bank Of Baku

Buşehr AES mayın 23-dən tam gücü ilə işləməyə başlayacaq

Buşehr AES mayın 23-dən tam gücü ilə işləməyə başlayacaq
# 05 may 2012 10:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Mayın 23-də Buşehr Atom-Elektrik Stansiyası (AES) tam gücüylə işləyəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiyanın “AtomStroyExport” şirkəti açıqlayıb.

Xəbərdə bildirilir ki, Buşehr AES hazırda aşağı güclə işləyir: “Mayın 23-dən stansiyanın gücü 75%-dən 100%-ə çatdırılacaq”.

Qeyd edək ki, Buşehr stansiyasının təkmilləşdirilməsi üçün 1995-ci ildə İranla Rusiya arasında təxminən 1 milyard dollar məbləğində müqavilə imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR