ABŞ administrasiyası sentyabr ayının sonlarına kimi ölkənin Əfqanıstan səfirliyindəki əməkdaşlarını iki dəfəyə qədər azaltmağı planlaşdırır.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Məlumata görə, ixtisar işləri artıq icra olunur. Kabildən ABŞ-a diplomatlarla yanaşı təhlükəsizlik xidmətinin əməkdaşları da qayıdır. Səfirlik ərazisində planlaşdırılan inşaat işləri də ləğv olunub.