ABŞ-nin Bağdaddakı səfirliyinin yaxınlığında partlayış səsləri eşidilib

ABŞ-nin Bağdaddakı səfirliyinin yaxınlığında partlayış səsləri eşidilib
# 08 dekabr 2023 09:54 (UTC +04:00)

ABŞ-nin Bağdaddakı səfirliyinin yaxınlığında partlayış səsləri eşidilib.

APA “Reuters”ə istinadən xəbər verir, səhər saat 4 radələrində baş vermiş partlayışlardan sonra insanları özünü qorumağa çağıran sirenlər işə düşüb.

ABŞ səfirliyinin mətbuat katibi hadisə ilə bağlı “Reuters”in sorğusuna cavab verməyib. Bağdadda xüsusi mühafizə olunana “Boz zona”da yerləşən səfirliyin hava hücumundan müdafiə sisteminin işə düşüb-düşmədiyinin aydın olmadığı qeyd olunub.

Məlumata görə, ABŞ-nin İraq və Suriyadakı hərbi bazaları oktyabrın ortalarından 70 hücuma məruz qalıb.

Partlayışla əlaqədar hələki heç bir qrup məsuliyyəti üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR