Türkiyədə 7,7 və 7,6 bal gücündə baş vermiş zəlzələlərdən sonra afterşoklar davam etməkdədir.
APA xəbər verir ki, bu barədə AFAD rəsmisi Orhan Tatar məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə 1400-dən çox afterşok qeydə alınıb.
“Bu səbəbdən, vətəndaşlara zəlzələ bölgəsində zərər görmüş binalardan uzaq gəzməyi tövsiyə edirik”, – o qeyd edib.