Bank Of Baku

Almaniya Səudiyyə Ərəbistanına “Eurofighter” qırıcılarının ixracına qoyduğu embarqonu ləğv edir

Almaniya Səudiyyə Ərəbistanına “Eurofighter” qırıcılarının ixracına qoyduğu embarqonu ləğv edir
# 08 yanvar 2024 18:22 (UTC +04:00)

Almaniya Səudiyyə Ərəbistanına “Eurofighter” qırıcılarının ixracın edilməsinə qoyduğu qadağanı götürür.

APA “Politico”ya istinadən xəbər verir ki, Berlin bu addımını 7 oktyabrda HAMAS-ın İsrailə hücumundan sonra dəyişən vəziyyət, həmçinin Səudiyyə Ərəbistanının İsrailə qarşı çox konstruktiv davranması ilə əlaqələndirib.

Səudiyyə Ərəbistanı 2007-ci ildə 4,4 milyard funt-sterlinq dəyərində 72 “Eurofighter” qırıcısı alıb. Bu qırıcılar təhvil verilsə də Ər-Riyad əlavə 48 qırıcı almaq istəyib. Lakin Berlin Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın birgə layihəsi olan “Eurofighter” qırıcılarının əlavə ixracına Səudiyyə Ərəbistanın Yəməndəki vətəndaş müharibəsində oynadığı rolu və 2018-ci ildə jurnalist Camal Qaşıqçının öldürülməsini əsas gətirərək qadağa qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR