İsraildə müxalif “Yaşar” partiyasının lideri Qadi Ayzenkot İsrailin baş naziri postuna namizəd kimi parlament partiyalarının əksəriyyətinin dəstəyini qazanıb.
APA xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, yeni çağırış Knessetin 120 deputatından 67-si onun namizədliyini dəstəkləyib.
Bu, deputatların ölkə Prezidenti İsxak Hersoqla keçirdiyi məsləhətləşmələr zamanı baş verib.
Qeyd edək ki, qaydalara əsasən, parlament seçkilərindən sonra İsrail prezidenti parlamentə düşmüş partiyalardan birinin liderinə yeni hökuməti formalaşdırmağı tapşırmalıdır. Bunun üçün o, parlament fraksiyalarının nümayəndələri ilə ayrı-ayrılıqda məsləhətləşmələr aparır. Hər fraksiya baş nazir postuna bir namizəd irəli sürür.
Məsləhətləşmələr noyabrın 4-də Qüdsdəki prezident iqamətgahında başlayıb və noyabrın 5-də axşam başa çatıb.