UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçirilən matçda gərginlik yaşanıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada azarkeşlər arasında qarşıdurma baş verib.
Polis əməkdaşları “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə ediblər.
Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.