İsrailin Baş naziri Binyamin Netanyahu İordan çayının qərb sahilində yahudilərin yaşayış məntəqəsi Dolevdə 300 evdən ibarət daha bir rayonun yaradılması ilə bağlı sərəncam verib.
APA-nın TASS-a istinadən xəbərinə görə, avqustun 23-də həmin ərazidə əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində israilli qadın ölüb.
“Biz öz köklərimizi möhkəmləndirib düşmənlərimizə zərbə endirəcəyik. Biz yaşayış məntəqələrini gücləndirməyə və inkişaf etdirməyə davam edəcəyik”, - Baş nazir deyib.
Qeyd edək ki, avqustun 23-də Dolev yaşayış məntəqəsinin yaxınlığında yerləşən bulaqda radikal fələstinlilər əldəqayırma partlayıcı qurğunu işə salıblar. Nəticədə 46 yaşlı israilli və onun 19 yaşlı oğlu yaralanıb, 16 yaşlı qızı isə həlak olub.