Bank Of Baku

BMT Qəzzada hərbi cinayətlərin törədilməsindən narahatdır

BMT Qəzzada hərbi cinayətlərin törədilməsindən narahatdır
# 27 oktyabr 2023 15:46 (UTC +04:00)

BMT İsrail və HAMAS arasında münaqişədə hərbi cinayətlərin törədilməsindən narahatdır.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları Ofisinin sözçüsü Ravina Şamdasani Cenevrədə mətbuat konfransında bildirib.

"Biz hərbi cinayətlərin törədilməsindən narahatıq. Biz HAMAS-ın hərbi cinayətlərə bərabər qəddar hücumlarına cavab olaraq qəzzalıların kollektiv şəkildə cəzalandırılmasından narahatıq", - o deyib.

Xatırladaq ki, BMT-nin İnsan Haqları Ofisi daha əvvəl bildirib ki, təşkilat oktyabrın 7-dən etibarən mümkün müharibə cinayətləri, həmçinin HAMAS-ın İsrailin cənubuna hücumu, qruplaşmanın əksəriyyəti mülki şəxslər olmaqla 1400-ə yaxın adamı öldürməsi və ən azı 233 nəfəri qaçırması, eləcə də İsrailin HAMAS-ı məhv etmək üçün başlatdığı hava hücumu kampaniyasında Qəzzadakı mülki əhalinin ciddi zərər görməsi ilə bağlı araşdırma başladacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR