Cənubi Koreya və ABŞ F-35 qırıcıları ilə birgə hava təlimləri keçirib

Cənubi Koreya və ABŞ F-35 qırıcıları ilə birgə hava təlimləri keçirib
# 23 fevral 2024 13:02 (UTC +04:00)

Cənubi Koreya və ABŞ, Şimali Koreya təhdidlərinə qarşı müasir F-35A qırıcı təyyarələri ilə birgə hava təlimləri keçirib.

APA xəbər verir ki, bu barədə Cənubi Koreya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.

Cənubi Koreya hava məkanında baş tutmuş təlimə hər iki tərəfdən ən müasir qırıcı təyyarələr, eləcə də Cənubi Koreyanın KF-16, F-15K və digər təyyarələri cəlb edilib. Təlimin məqsədinin hər iki ölkənin hərbi hava qüvvələrinin birgə əməliyyat imkanlarının artırılması olduğu bildirilib.

Təlim ssenarisinə F-35A-ların düşmən təyyarələrini və qanadlı raketlərini zərərsizləşdirilməsi üzrə hava manevrləri daxil olub.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR