Bank Of Baku

Ceyhun Bayramov: Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Türkiyənin yanındayıq

Ceyhun Bayramov: Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Türkiyənin yanındayıq
# 11 fevral 2023 15:21 (UTC +04:00)

“Azərbaycanın dörd bir yanından Türkiyəyə yardım toplanır”.

APA xəbər verir ki, bunu Kahramanmaraşda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə birlikdə FHN-in mobil səhra hospitalında olarkən deyib.

Nazir Azərbaycanın Türkiyənin zəlzələdən zərərçəkən bölgələrinin bərpasında iştirak edib-etməyəcəyi məsələsinə aydınlıq gətirib: “Biz bu barədə də danışmışıq. Zəlzələdən irəli gələn hər məqamın özünün prioritetləri var. Hazırda insanları xilas etmək, yaralılara kömək etmək əsasdır. Növbəti mərhələ təbii ki, bu bölgələrin hamısının yenidən ayağa qaldırılmasıdır. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq zaman mesajı da verib ki, 1 il ərzində bunu edəcəklər. Azərbaycan dövləti olaraq, cənab Prezident İlham Əliyev artıq bəyan edib ki, biz Türkiyənin yanındayıq”.

Səlcuq Elçin

Firuzə Vahid

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR