Kahramanmaraşda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalında olublar.
APA-nın zəlzələ bölgəsinə ezam olunan əməkdaşı Səlcuq Elçin xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev səhra hospitalında yaradılan şərait barədə hər iki nazirə məlumat verib.