Çin İsrail və HAMAS arasında döyüşlərin bərpasından narahatdır

Çin XİN-in sözçüsü Vanq Venbin

© APA | Çin XİN-in sözçüsü Vanq Venbin

# 04 dekabr 2023 17:18 (UTC +04:00)

Çin Qəzzada İsrail və HAMAS arasında döyüşlərin bərpasından narahat olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

"Çin Qəzzada ölümcül döyüşlərin yenidən başlamasından dərin narahatlıq keçirir. Biz atəşkəs əldə etmək məqsədinə və mülki əhalinin müdafiəsi prinsipinə sadiq qalmalıyıq.

Daha çox mülki itki daha çox nifrətə gətirib çıxaracaq və eskalasiyanın növbəti mərhələsini sürətləndirəcək", - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR