Çin Tayvana 2.2 milyard dollar dəyərində silah-sursat satan ABŞ şirkətlərinə sanksiyalar tətbiq edəcək.
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Çin Xarici İşlər Nazirliyi bu satışın Çinin suverenliyini və milli təhlükəsizliyini zərbə altına qoyduğunu, o cümlədən beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu bəyan edib.
Qeyd edək ki, Pentaqon Tayvana silah satışının həyata keçirilməsi ilə bağlı qərarın ABŞ Dövlət Departamenti tərəfindən təsdiqləndiyini açıqlayıb.