Bank Of Baku

Çin XİN: ABŞ-a məxsus hava şarları hava məkanımıza 10-dan çox qeyri-qanuni uçuş edib

ABŞ - Çin

© APA | ABŞ - Çin

# 13 fevral 2023 12:58 (UTC +04:00)

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ səmasında Çinin hava şarlarının görünməsi ilə bağlı qalmaqala reaksiya verib.

APA xəbər verir ki, bu barədə “Reuters” yazıb.

XİN-dən bildirilib ki, ötən ilin 1 yanvar tarixindən etibarən ABŞ-a məxsus hava şarları Çinin hava məkanına 10 dəfədən çox qeyri-qanuni uçuş edib.

Xatırladaq ki, ABŞ tərəfi artıq 4 ədəd uçan obyekti vurduğunu bildirib. Həmçinin əlavə olunub ki, Huron gölü üzərində vurulan dördüncü obyekt forma və ölçü baxımından şara bənzəmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR