Bank Of Baku

Çin XİN: Ukraynada böhranın heç bir tərəfini silahla təmin etməmişik

Çin XİN: Ukraynada böhranın heç bir tərəfini silahla təmin etməmişik
# 07 mart 2023 09:22 (UTC +04:00)

Çin hökuməti Ukraynada böhranın heç bir tərəfini silahla təmin etməyib və bu münaqişədə Pekini günahlandırmaq cəhdlərinə və ona qarşı təhdidlərə qarşıdır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ümumçin Xalq Nümayəndələri Konqresinin (parlament) sessiyası çərçivəsində keçirilən illik mətbuat konfransında Çinin xarici işlər naziri Tsin Qan bildirib.

"Bu böhranı Çin ortaya çıxarmayıb və onun maraqlı tərəfi olmayıb, heç vaxt da münaqişə tərəflərinin heç birinə silah verməyib. Nə üçün məsuliyyəti Çinin üzərinə atmağa çalışırlar? Məsələ hətta sanksiya və təhdidlərə qədər gedib çıxır. Bu, bizim üçün qəbul edilə bilməz", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR