Çinin şimalındakı Şansi əyalətində kömür mədəni müəssisəsinin binasında güclü yanğında ölənlərin sayı artıb.
APA BBC-yə istinadən xəbər verir ki, yanğın nəticəsində azı 25 nəfər ölüb.
Qeyd edək ki, Şansi əyalətinin Lulianq şəhərində dörd mərtəbəli binada yanğın yerli vaxtla saat 07:00 radələrində baş verib.
Çin dövlət mediasının məlumatına görə, yanğın nəzarət altına alınsa da, xilasetmə işləri davam edir.
***
08:37
Çinin şimalındakı Şansi əyalətindəki kömür mədəni müəssisəsinin binasında güclü yanğın olub.
APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisədə 11 nəfər ölüb, 51 nəfər yaralanıb.
Ölənlərin dəqiq sayı müəyyənləşdirilir. Xilasedicilər 63 nəfəri təxliyə edib.
Yanğının başvermə səbəbləri araşdırılır.