Bank Of Baku

Çin Honkonqdakı vəziyyətlə bağlı G7 sammitində qəbul olunan bəyanata etiraz edib

Çin Honkonqdakı vəziyyətlə bağlı G7 sammitində qəbul olunan bəyanata etiraz edib
# 27 avqust 2019 13:06 (UTC +04:00)

Rəsmi Pekin G7 sammitinin yekununda Honkonqdakı vəziyyətlə bağlı qəbul olunan bəyanata qətiyyətlə etiraz edir.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq mətbuat konfransında bildirib.

Qeyd edək ki, G7-nin Fransanın Biarritz şəhərində keçirilən 3 günlük konfransının yekununda qəbul olunan bəyanatda "G7 qrupu Honkonqla bağlı 1984-cü ildə imzalanan Çin-Britaniya Birgə Bəyannaməsinin mövcudluğunu və əhəmiyyətini bir daha təsdiqləyir və zorakılıqdan yayınmağa çağırır" deyə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR