Ötən gecə 130 Türkiyə vətəndaşı və onların yaxınları Qəzzadan Misirə keçib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.
Qeyd olunub ki, sözügedən qrupun bu gün Türkiyəyə gələcəyi gözlənilir.