Əfqanıstanda şaxtalara görə, 170 nəfər ölüb, 50-si uşaqdır

Əfqanıstanda şaxtalara görə, 170 nəfər ölüb, 50-si uşaqdır
# 29 yanvar 2023 18:03 (UTC +04:00)

Əfqanıstanın 34 əyalətindən 24-də anomal şiddətli şaxtalar və qar yağması nəticəsində 150-dən çox yaşayış binası dağılıb, 80 min başdan çox mal-qara tələf olub. 170 nəfər ölüb, onlardan 50-si uşaqdır

APA xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Bu qış Əfqanıstan əhalisi üçün son illərin ən soyuq qışı olub. Yanvarın əvvəlində havanın temperaturu -28°C-ə, ölkənin bəzi yerlərində isə -34°C-yə qədər enib.

Ölənlərin əksəriyyəti evlərini odun və ya kömürlə qızdırmaq imkanı olmayan kənd sakinləridir. Belə hava şəraitinə uyğunlaşmayan ölkə aclıq təhlükəsi ilə üzləşə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Əfqanıstanda qeydə alınan anomal soyuq hava şəraiti ilə əlaqədar ölənlərin sayı 157 nəfər olduğu bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR