Əfqanıstanda Taliban qruplaşmasının üzvü 7 polis əməkdaşını öldürüb.
APA-nın “TOLO” agentliyinə istinadən verdiyi xəbərə görə, Əfqanıstanın Qəndahar əyalətinin Şah Vali Kot rayonunda polis işçisi iş yoldaşlarını güllələyib.
Qəndahar polisi şübhəlinin hadisə yerindən qaçdığı barədə məlumat yayıb.
Taliban qruplaşması hücumla bağlı məsuliyyəti öz üzərinə götürərək bildirib ki, polis işçisi onların casusu olub.