Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində 18 nəfər ölüb.
APA “Tolo New” telekanalına istinadən xəbər verir ki, 100-dən çox şəxs yaralanıb.
Partlayış paytaxtın qərbində baş verib. Məlumata görə, avtomobilin partladılmasında hədəf polis idarələrindən biri olub. “Taliban” hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.