Bank Of Baku

Əhməd əl-Şaraa: ABŞ-ın sanksiyaları ləğv etməsi regionda təhlükəsizliyi möhkəmləndirəcək

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa

© APA | Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa

# 26 avqust 2025 02:45 (UTC +04:00)

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ABŞ Maliyyə Nazirliyinin Dəməşqi sanksiyalar siyahısından çıxarmaq qərarını alqışlayıb.

APA xəbər verir ki, bu barədə ərəb respublikasının Xarici İşlər Nazirliyinin "X" hesabında dərc olunmuş bəyanatında deyilir.

Əhməd əl-Şaraanın sözlərinə görə, bu addım Yaxın Şərqdə sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

“Bu addım regionda təhlükəsizliyi gücləndirəcək, iqtisadi vəziyyətə və humanitar duruma müsbət təsir göstərəcək”, – deyə o qeyd edib.

Əl-Şaraa vurğulayıb ki, Dəməşq beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət prinsipləri əsasında dialoq və əməkdaşlığa sadiqdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR