Bank Of Baku

Ərdoğan: “Qurani-Kərim”in yandırılmasına icazə verənlər NATO-ya üzvlükdə bizdən yaxşılıq gözləməsin”

Ərdoğan:  “Qurani-Kərim”in yandırılmasına icazə verənlər NATO-ya üzvlükdə bizdən yaxşılıq gözləməsin”
# 23 yanvar 2023 20:18 (UTC +04:00)

“İsveçdəki səfirliyimiz qarşısında “Qurani-Kərim”in yandırılmasına icazə verənlər NATO-ya üzvlük məsələsində bizdən yaxşılıq gözləməsin”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O, bu addımın bəşəriyyətə qarşı bir təhqir olduğunu qeyd edib.

“Terror təşkilatlarının üzvləri küçələrinizdə dolaşacaq və ondan sonra NATO-ya daxil olmaq məsələsində dəstək istəyəcəksiniz. Belə bir şey ola bilməz. Bunu bizdən gözləməyin. Terror təşkilatları və islam düşmənlərini bu qədər sevib, qoruyursunuz? Bu halda ölkənizin müdafiəsini də onlara həvalə edin”, - deyə Ərdoğan vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR