Zəlzələdə həyatını itirən vətəndaşlarımızın yaxınlarına deyirəm ki, bu binaların hamısını bir il içərisində tikib başa çatdıracağıq.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamandakı çıxışı zamanı deyib.
"Bu barədə lazımi şəxslərə təlimatlar verilib", - Prezident əlavə edib.
Ərdoğan qeyd edib ki, zəlzələ bölgəsi başda olmaqla ölkənin yenidən dirçəlişi üçün yeni hərtərəfli proqram hazırlanır: “Millətimiz dağıntılar altında inildəyərkən bu ağrı-acının siyasi şouya çevrilməsinə imkan verməyəcəyik”, - Türkiyə Prezidenti vurğulayıb.