Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb

Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb
# 27 aprel 2024 02:05 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli xəbər verib.

Bildirilib ki, səfər hər iki tərəf üçün əlverişli vaxtda baş tutacaq.

“Prezidentimizin ABŞ-yə mayın 9-na planlaşdırılan səfəri qrafik uyğun olması səbəbindən hər iki tərəf üçün əlverişli tarixə təxirə salındı. Səfərin hazırlanması məqsədilə Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoq davam etdiriləcək", - diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR