Paşha Bank
Bank Of Baku

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq
# 21 oktyabr 2026 10:05 (UTC +04:00)

Gürcüstanda Azərbaycan sərhədinədək dördzolaqlı avtomagistralın tikintisi 2031-ci ilin sonuna qədər tam başa çatdırılacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, avtoban Türkiyə sərhədindəki “Sarpi” gömrük-keçid məntəqəsindən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və Ermənistan sərhədindəki “Sadaxlı” gömrük-keçid məntəqəsinə qədər uzanacaq.

“Bu avtomagistral həmçinin Tbilisidən yan ötəcək və bu da paytaxtdakı nəqliyyat sıxlığının azaldılması baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə Baş nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR