Filippində daha bir güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib - YENİLƏNİB

Filippində daha bir güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib - YENİLƏNİB
# 02 dekabr 2023 20:56 (UTC +04:00)

Filippin sahillərində 6,4 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 67,5 min nəfər əhalisi olan Bisliq şəhərindən 55 km şimal-şərqdə, 64 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

***

18.52

Filippin sahillərində zəlzələ olub.

APA TASS-a istinadən xəbər verir ki, zəlzələnin Butuan şəhərindən 110 km cənub-şərq istiqamətində baş verib

Yeraltı təkanların maqnitudası 7.5 olub.

Dağıntılar haqqında məlumat verilməyib.

Sunami təhlükəsi elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR