Bank Of Baku

FT: Taliban Əfqanıstandakı zəlzələ ilə əlaqədar yardım istəyəcək

FT: Taliban Əfqanıstandakı zəlzələ ilə əlaqədar yardım istəyəcək
# 08 oktyabr 2023 14:05 (UTC +04:00)

Radikal Taliban hərəkatı Əfqanıstanın qərbində baş vermiş dağıdıcı zəlzələdən sonra beynəlxalq ictimaiyyətdən kömək istəmək niyyətindədir.

APA xəbər verir ki, Financial Times bu barədə Talibanın Dohadakı siyasi ofisinin rəhbəri Məhəmməd Sohail Şahinə istinadən məlumat yayıb.

"Yemək, çadır və dərman lazımdır. Bütün kəndlər və yaşayış binaları dağılıb", - o, nəşrə deyib.

Şahin qeyd edib ki, təbii fəlakət nəticəsində onlara mülki şəxslər üçün “ev tikmək” lazım olduğundan, beynəlxalq ictimaiyyətə kömək üçün müraciət edəcək. "Lakin bu, uzunmüddətli proqramdır. Bizə təcili ərzaq lazımdır" – o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR