Gürcüstanda baş verən 4,6 bal gücündə zəlzələ Türkiyənin Artvin vilayətində də hiss olunub.
APA xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Zəlzələ xüsusilə Gürcüstanla həmsərhəd olan Kemalpaşa, Hopa və Arhavi rayonlarında qorxuya səbəb olub.
Bəzi vətəndaşlar zəlzələdən sonra küçələrə çıxıb.