700 yaxın xarici vətəndaş Qəzzadan təxliyə üçün Türkiyəyə müraciət edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “TRT Haber”ə müsahibəsində bildirib.
O qeyd edib ki, hazırda bununla bağlı danışıqlar gedir, lakin Misir sərhədindəki keçid məntəqəsi bağlıdır.