Paşha Bank
Bank Of Baku

Hakan Fidan: İsrail Suriyaya qarşı hərbi əməliyyata başlaya bilər

Türkiyə xarici işlər naziri Hakan Fidan

© APA | Türkiyə xarici işlər naziri Hakan Fidan

# 21 noyabr 2026 23:11 (UTC +04:00)

İsrail ordusunun Suriyaya qarşı yeni hərbi əməliyyata başlaması ehtimalı var.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TGRT Haber” telekanalının efirində bildirib.

“İsrail ordusunun Suriyaya qarşı hərbi əməliyyata başlayacağı bir ssenari mövcuddur. Biz və regiondakı müttəfiqlərimiz bu barədə amerikalılara və avropalılara xəbərdarlıq edirik”, – deyə nazir vurğulayıb.

Fidanın sözlərinə görə, belə bir ssenarinin reallaşmasının nəticələri yalnız Suriya ilə məhdudlaşmayacaq.

“Bu, yeni münaqişəyə, daha böyük problemlərə və qeyri-müəyyənliyə səbəb olacaq”, – deyə Türkiyənin XİN rəhbəri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR