Bank Of Baku

HAMAS bütün sağ girovları azad edib - YENİLƏNİB-1 - VİDEO

HAMAS bütün sağ girovları azad edib - YENİLƏNİB-1  - VİDEO
# 13 oktyabr 2025 12:04 (UTC +04:00)

HAMAS israilli girovların qalan hissəsini də azad edib.

APA AFP-ə istinadən xəbər verir ki, HAMAS 13 israilli girovu Beynəlxaql Qırmızı Xaç Komitəsinə təhvil verib.

Bununla da HAMAS bütün sağ girovları azad edib.

Qeyd edək ki, bundan əvvəl 7 israilli girov azad edilmişdi.

***

10:31

HAMAS-ın azad etdiyi 7 israilli girov İsrail Müdafiə Qüvvələrinə (IDF) təhvil verilib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qalan 13 girovun da bu gün azad ediləcəyi bildirilib.

***

09:31

HAMAS əsas mübadilə üçün qalan israilli girovların birinci qrupunu azad edib.

APA xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.

Bildirilib ki, HAMAS 7 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Hazırda onlar İsrailə gedirlər. Onlar Matan Engerst, Alon Ohel, Eitan Mor, Gali və Ziv Berman, Omri Miran və Guy Gilboa-Dalaldır.

Azad edilmə mərasimi Xan Yunisdə baş tutub.

İsrail isə uzunmüddətli cəzaya məhkum edilmiş 250 fələstinlini, eləcə də 2023-cü il oktyabrın 7-dən bəri həbs olunan 1700-dən çox fələstinli məhbusu azad edəcək.

Qeyd edək ki, ötən gecə HAMAS-la İsrail arasında atəşkəs əldə olunub.

Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR