Bank Of Baku

HAMAS-ın girov götürdüyü israillilərin sayı 224-ə çatıb

HAMAS-ın girov götürdüyü israillilərin sayı 224-ə çatıb
# 26 oktyabr 2023 13:16 (UTC +04:00)

Oktyabrın 7-də HAMAS-ın hücum zamanı əsir götürdüyü israillilərin sayı 224 nəfərdir.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib.

Onun sözlərinə görə, IDF indiyədək 224 girovun ailəsinə onların yaxınlarının Qəzza zolağında saxlandığı barədə məlumat verib. Hagari deyib ki, ordu yeni məlumatları araşdırdığından bu rəqəm yekun deyil.

O əlavə edib ki, bu rəqəmə azad edilmiş dörd girov daxil deyil.

Xatırladaq ki, HAMAS tərəfindən girov götürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və yaşlılardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR