Bank Of Baku

HAMAS-ın qətlə yetirdiyi 808 mülki şəxsin kimliyi müəyyən edilib

HAMAS-ın qətlə yetirdiyi 808 mülki şəxsin kimliyi müəyyən edilib
# 26 oktyabr 2023 13:06 (UTC +04:00)

Oktyabrın 7-də HAMAS-ın hücumu zamanı qətlə yetirilən israilli mülki vətəndaşlardan 808 nəfərin şəxsiyyəti müəyyən edilib.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.

Bildirilib ki, bu rəqəm öldürülən mülki vətəndaşların 84 faizini təşkil edir.

Səlahiyyətlilər bildiriblər ki, cəsədlərin çoxunun şəxsiyyətini müəyyənləşdirilməsi prosesində çətinliklər var, çünki onların çoxu yanmış və ya ciddi şəkildə zədələnmişdir.

Polis indiyədək 701 qurbanın dəfn edildiyini bildirib. Mülki qurbanlarla yanaşı, təhlükəsizlik qüvvələrinin 300-dən çox əməkdaşı da həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR