Bank Of Baku

Himalay dağlarında uçqun olub, 14 Nepal vətəndaşı itkin düşüb - VİDEO

Himalay dağlarında uçqun olub,  14 Nepal vətəndaşı itkin düşüb - VİDEO
# 27 sentyabr 2026 13:01 (UTC +04:00)

Himalay dağlarında Himlunq-Himal dağı ərazisində düşərgənin üzərinə uçqun düşməsi nəticəsində azı 14 Nepal vətəndaşı itkin düşüb.

Bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, itkin düşənlər bələdçilər və xidmət personalından ibarət ekspedisiya komandasının nepallı üzvləridir. Onlarla əlaqə bazar günü səhər saatlarında kəsilib.

Qəzet qeyd edir ki, itkin düşənlər arasında xarici turistlər yoxdur, çünki hadisə baş verən zaman onlar hələ düşərgəyə çatmayıblarmış. Onların beş-altı gün sonra düşərgəyə gələcəyi gözlənilib.

Xilasetmə əməliyyatı əlverişsiz hava şəraiti səbəbindən çətinləşir. Helikopterlər Katmandu və Poxarada hazır vəziyyətdə saxlanılır, lakin hələlik havaya qalxa bilmirlər.

© APA | Himalay dağlarında uçqun

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR