Bank Of Baku

Cəmmu və Kəşmir ştatında 500-dən çox şəxs saxlanılıb

Cəmmu və Kəşmir ştatında 500-dən çox şəxs saxlanılıb
# 08 avqust 2019 11:26 (UTC +04:00)

Cəmmu və Kəşmir ştatında 560-a yaxın şəxs saxlanılıb.  

APA-nın “All İndia Radio”ya istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında fəallar, bir sıra tanınmış siyasi xadimlər, ştatın sabiq nazirləri Ömər Abdulla və Məhbub Mufti də var.

Qeyd edək ki, avqustun 5-də Hindistan prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb. Fərmana əsasən, Cəmmu və Kəşmir ştat statusunu itirəcək və ittifaq ərazisi olacaq. Bundan əlavə, Cəmmu və Kəşmirin tərkibində olan Ladakx vilayəti də ayrıca ittifaq ərazisi olacaq. İttifaq əraziləri ştatlardan fərqli olaraq, birbaşa federal hökumət tərəfindən idarə olunur. Cəmmu və Kəşmirin bir sıra bölgələrində Hindistan hökumətinin bu qərarına qarşı kütləvi etirazlar keçirilir.  
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR