Bank Of Baku

Honq-Konqda fırtına xəbərdarlığı səviyyəsi yüksəlib

Honq-Konqda fırtına xəbərdarlığı səviyyəsi yüksəlib
# 08 oktyabr 2023 09:43 (UTC +04:00)

Honq Konq Meteoroloji İdarəsi Koinu tayfunu səbəbindən tufan xəbərdarlığını T8 səviyyəsinə (beşdən üçüncü səviyyə) yüksəldib.

APA xəbər verir ki, bu barədə idarənin saytında bildirilir.

T8 siqnalı yerli vaxtla saat 12:40-da verilib. Açıqlamada qeyd edildiyi kimi, şəhərdə küləyin sürətinin ən azı 17,5 m/s və daha yüksək olacağı gözlənilir.

Bundan əlavə, bazar və bazar ertəsi Honq-Konqda güclü yağış yağacaq.

Qeyd edək ki, “Koinu” qasırğası Asiyada ən sürətli küləyin sürətinə görə rekorda imza atıb. Cümə axşamı Lanyu adasındakı meteoroloji stansiya küləyin sürəti 126 ildə maksimuma çatan küləkləri qeydə alıb - 95,2 m/s.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR