Yəməndə üsyançı husilər - “Ənsər Allah” hərəkatının tərəfdarları Pilotsuz Uçuş Aparatları (PUA) vasitəsilə Səudiyyə Ərəbistanında yerləşən iki hava limanına zərbə endiriblər.
APA-nın “Al Massira”ya istinadən verdiyi xəbərə görə, husilər Əbhə və Nacran şəhərlərində yerləşən hava limanlarına hücum ediblər.
Hücumlar nəticəsində hava limanlarının fəaliyyətində problemlər yaranıb.
Bundan əlavə, Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Kral Xalid hava bazası da hücuma məruz qalıb.
Səudiyyə Ərəbistanı hücum faktını hələ təsdiqləməyib.