Bank Of Baku

Husilər Yəməndə tibb mərkəzinə raket zərbəsi endirib, ölənlər var

Husilər Yəməndə tibb mərkəzinə raket zərbəsi endirib, ölənlər var
# 02 noyabr 2026 17:41 (UTC +04:00)

Yəmənin cənub-qərbində yerləşən Lahic vilayətində husilərin tibb mərkəzinə raket hücumu nəticəsində azı 20 mülki şəxs ölüb və ya yaralanıb.

Bu barədə “Anadolu” agentliyi Yəmən hökumətinə bağlı “Saba” telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, İranın dəstəklədiyi husilər Lahic vilayətinin əl-Mudariba rayonunda yerləşən Əs-Suqya Sağlamlıq Mərkəzinə raket zərbəsi endiriblər.

Qeyd edək ki, Lahic vilayəti Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərini şimaldan və qərbdən əhatə edir və şəhərin müdafiəsində strateji əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR