Bank Of Baku

İƏT-in Kəşmirlə bağlı təmas qrupunun fövqəladə iclası keçirilib

İƏT-in Kəşmirlə bağlı təmas qrupunun fövqəladə iclası keçirilib
# 07 avqust 2019 10:26 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kəşmirlə bağlı təmas qrupunun fövqəladə iclası keçirilib.

APA-nın İƏT-in saytına istinadən verdiyi xəbərə görə, təşkilatın baş katibinin müavini Samir Bakr Diabın sədrlik etdiyi fövqəladə iclasda Cəmmu və Kəşmir bölgəsindəki son vəziyyət müzakirə olunub.

İclasda baş katibin adından ünvanlanan məktubda Cəmmu və Kəşmirdə insan haqlarının pozulması pislənib və təmas xəttindəki kritik vəziyyətlə bağlı dərin narahatlıq duyulduğu ifadə olunub. İƏT baş katibi münaqişə tərəflərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, İƏT-in sammit qərarlarına uyğun olaraq müzakirəli həll yoluna çağırıb.

İclasda iştirak edən Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureşi regiondakı vəziyyətlə bağlı məlumat verərək, beynəlxalq aləmi Cəmmu və Kəşmir əhalisini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.

İclasda iştirak edən Təmas Qrupuna üzv olan ölkələrin – Azərbaycan, Nigeriya, Səudiyyə Ərəbistanı və Türkiyənin daimi nümayəndəliklərinin rəhbərləri Kəşmirdəki vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Hindistan prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb. Kəşmirə xüsusi statusun verilməsini nəzərdə tutan 370-ci maddənin ləğvi Hindistan parlamenti tərəfindən də dəstəklənib.

Qərara əsasən Cəmmu və Kəşmir ştat statusunu itirəcək və ittifaq ərazisi olacaq. Bundan əlavə, Cəmmu və Kəşmirin tərkibində olan Ladakx vilayəti də ayrıca ittifaq ərazisi olacaq. İttifaq əraziləri ştatlardan fərqli olaraq birbaşa federal hökumət tərəfindən idarə olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR