Bank Of Baku

İran ABŞ-ı ərzaq və dərman təchizatının idxalına mane olmaqda ittiham edib

İran ABŞ-ı ərzaq və dərman təchizatının idxalına mane olmaqda ittiham edib
# 11 noyabr 2026 22:35 (UTC +04:00)

ABŞ-ın tətbiq etdiyi blokada İrana ərzaq məhsullarının çatdırılmasına, ticarətə və tibbi xidmətlərin göstərilməsinə mane olur.

APA xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Qətərin “əl-Cəzira” telekanalına müsahibəsi zamanı bildirib.

“Vaşinqton bizə qarşı blokada tətbiq edib, ərzaq məhsullarının çatdırılmasına mane olur, həmçinin ticarətə və tibbi xidmətlərin göstərilməsinə əngəl yaradır”, – o deyib.

Qalibaf vurğulayıb ki, Tehran üçün prioritet sülhdür, lakin İslam Respublikası “davamlı çəkindirmə” siyasətinə hazırdır.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp yenidən müharibə qərarı verərsə, növbəti dəfə məğlub olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR