Paşha Bank
Bank Of Baku

İran ABŞ-ın “Dəmir qapılar” planına münasibət bildirib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi

© APA | İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi

# 08 noyabr 2026 13:33 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın “Dəmir qapılar” (Iron Gate) adlı planının İran iqtisadiyyatını çökdürə bilməyəcəyini bəyan edib.

APA Fars agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi nümayəndəsi Hüseyn Möhibi açıqlama verib.

Onun sözlərinə görə, ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən yaradılan yeni əməliyyat qrupu Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq məqsədlərinə nail olmasına imkan verməyəcək.

“Dəmir qapılar” planı sadəcə söz oyunudur. Amerikalılar bu yolla İran iqtisadiyyatını çökdürmək məqsədinə nail ola bilməyəcəklər”, – deyə Möhibi bildirib.

O əlavə edib ki, ABŞ daha əvvəl İran iqtisadiyyatının iki həftə ərzində çökəcəyini iddia etsə də, bu baş verməyib.

Qeyd edək ki, noyabrın 7-də CENTCOM İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların və sanksiya tətbiq edilən materialların daşınmasının qarşısını almaq üçün “Dəmir qapılar” adlı əməliyyat qrupu yaratdığını açıqlayıb.

Floridada yerləşəcək qrupun vəzifələrindən biri də qanunsuz gəlir kanallarının bağlanması olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR