Paşha Bank
Bank Of Baku

İran parlamentinin sədri: Amerikalılar seçkilərdə müharibəyə “yox” dedilər

İran parlamentinin sədri: Amerikalılar seçkilərdə müharibəyə “yox” dedilər
# 04 noyabr 2026 10:04 (UTC +04:00)

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinin amerikalıların müharibəni rədd etdiyini göstərdiyini bildirib.

APA xəbər verir ki, Qalibaf bu barədə “X” sosial şəbəkəsində yazıb.

Qalibaf seçkilərin nəticələrini ABŞ əhalisinin yaşayış xərcləri ilə bağlı narahatlığı və ölkənin xaricdə hərbi əməliyyatlarda iştirakına qarşı mövqeyi ilə əlaqələndirib.

“İstər vicdanlarına, istərsə də yaşayış xərclərinə görə amerikalılar müharibəyə “Yox” dedilər və biz bu mesajı dəstəkləyirik”, – İran parlamentinin sədri bildirib.

O, ABŞ administrasiyasına xəbərdarlıq da edib.

“Əgər ABŞ hökuməti beynəlxalq himayədarlara və şantajçılara xidmət etmək üçün öz xalqının iradəsinə xəyanət etsə, bizim “Yox” cavabımızın kabusla müşayiət olunduğunu anlayacaq”, – Qalibaf vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR